Главная » Файлы » Азербайджанские

В категории материалов: 164
Показано материалов: 126-130
Страницы: « 1 2 ... 24 25 26 27 28 ... 32 33 »

Сортировать по: Дате · Названию · Рейтингу · Комментариям · Загрузкам · Просмотрам
Film məhəbbət və ölüm haqqındadır. Elə bir məhəbbət ki, insan qəlbini pis fikirlərdən, pis əməllərdən xilas edir, onu təmizləyir, paklaşdırır. Həyat filmin qəhrəmanını sərtləşdirir. Amma o, xasiyyətcə mülayim adamdır. Yusif(Fəxrəddin Manafov) müharibədən sonra xəbər tutur ki, atası haqsız məhkum edilib, sevdiyi qız(Gülzar Qurbanova) onu gözləməyib başqasına ərə gedib. Nə etməli, hər şeyə göz yummalı, yoxsa yenidən mübarizə aparmalı? 
Азербайджанские | Просмотров: 288 | Загрузок: 0 | Добавил: Rashid-Mamedov | Дата: 21.05.2012 | Комментарии (0)

Film gözəl və bənzərsiz səsə malik neftçi Bəxtiyar Muradovun (Rəşid Behbudov) taleyindən bəhs edir. Gənc Bəxtiyar öz məlahətli səsilə konservatoriyanın professoru Rəcəbovun (Məmmədrza Şeyxzamanov) diqqətini cəlb edir. Lakin Bəxtiyar valideynlərinin yolu ilə gedib neftçi olur. İş elə gətirir ki, o, hər şeydə mənfəət axtaran fırıldaqçı, əsl incəsənətdən uzaq olan klub müdiri Ağabala (Ağasadıq Gəraybəyli) ilə rastlaşır. Ağabala Bəxtiyarı estrada müğənnisi etmək məqsədilə onun çixişlarını təşkil edir, bu yolla çoxlu pul qazanır. Nəhayət Bəxtiyar müğənniliyin böyük sənət olduğunu başa düşüb, bu işlə ciddi məşğul olmağa başlayır.
Азербайджанские | Просмотров: 291 | Загрузок: 0 | Добавил: Rashid-Mamedov | Дата: 21.05.2012 | Комментарии (0)

Filmdə XX əsrin əvvəlində Azərbaycan cəmiyyətinin həyatı və milli adətləri öz əksini tapmışdır.

  Kiçik bir şəhərdə gənc usta Şamil (Şamil Süleymanov) yaşayırdı. Yaxşı papaq tikdiyinə, xeyirxah və şən xasiyyətinə görə hamı ona hörmət edirdi. O, varlı tacir Kəmyabın (Səyavuş Aslan) qızına (Ruhsanə Topçuyeva) vurulur, qız da onu sevir. Lakin ata qızını kasıba vermək istəmir. Dostları qızı qaçırmaqda Şamilə kömək edirlər. Lakin dostlar pul xatirinə Şamilə xəyanət edirlər və əməliyyat alınmır. İkinci dəfə isə Şamilə Kərbəlayi Zal (Əliağa Ağayev) kömək edir və qızı qaçırıb Şamilə gətirir, sevgililər vüsala çatırlar.
Азербайджанские | Просмотров: 283 | Загрузок: 0 | Добавил: Rashid-Mamedov | Дата: 21.05.2012 | Комментарии (0)

Kinopovest gənclər haqqındadır. Burada şəxsiyyətin formalaşmasından, həyata yenicə atılan gəncin çətinliklərə, həyatdakı mənəvi təzadlarla qarşılaşmasından, gənc yaşlarından əsl insan, prinsipal, məsuliyyətli vətəndaş olmağın zəruriliyindən danışılır. 
Азербайджанские | Просмотров: 262 | Загрузок: 0 | Добавил: Rashid-Mamedov | Дата: 21.05.2012 | Комментарии (0)

Uzaq dağ kəndinə işləməyə gəlmiş gənc musiqi müəllimi(Sərxan Sərxan) ilk gündən uşaqlarla çox asanlıqla dil tapır və onları inandırır ki, həyatda hər kəsin öz fərdi xarakterinə, mənliyinə uyğun musiqisi var. Sonra təmiz gülüşlə müşayiət olunan şux hadisələr filmdə bir-birini əvəz edir. 
 
Uşaq filmində musiqinin ecazkar gücündən, insan mənəviyyatının kamilləşməsindəki rolundan, onun etik və estetik təsirindən söhbət açılır
Азербайджанские | Просмотров: 221 | Загрузок: 0 | Добавил: Rashid-Mamedov | Дата: 21.05.2012 | Комментарии (0)

1-5 6-10 ... 116-120 121-125 126-130 131-135 136-140 ... 156-160 161-164